22 yaşlı qızın qaçırılmasına görə bacısı və oğlanın anası da SAXLANILDI

media-ads_728_90

Zərdab rayonunda 22 yaşlı qızın oğurlanması hadisəsi ilə əlaqəli daha 3 nəfər polis tərəfindən saxlanılıb.

“TV1” xəbər verir ki, əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İzzət Rəhmanoğlunun 1996-cı il təvəllüdlü qardaşı İsmət Rəhmanoğlu və onun 1968-ci il təvəllüdlü anası da saxlanılıb.

Qaçırılma zamanı qızın 1990-cı il təvəllüdlü bacısının da qarşı tərəfə yardım etdiyi müəyyənləşib. Keçirilən əməliyyat tədbirləri nəticəsində qaçırılan qızın bacısı da saxlanılıb. Hər üç şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. /qafqazinfo/

media-ads_728_90
Paylaş