Rumıniyada partlayış olub, 2 nəfər ölüb, 12 yaralı var

media-ads_728_90

Rumıniyanın paytaxtı Buxarestdə səkkizmərtəbəli yaşayış binasında partlayış baş verib.

“TV1” Rumıniya mətbuatına istinadən xəbər verir ki, nəticədə iki nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.

Partlayışın şiddətindən yaxınlıqdakı təhsil mərkəzinin pəncərələri sınıb. Partlayış yaşayış binasının iki mərtəbəsini tamamilə məhv edib və aşağıdakı mərtəbələrə də ziyan vurub.

Ərazidə axtarış və xilasetmə tədbirləri görülür.

Partlayışın səbəbi hələlik məlum deyil.

media-ads_728_90
Paylaş