Honkonq aeroportunda təyyarə zolaqdan çıxaraq dənizə düşüb - Ölən var
Dubaydan gələn “Emirates” şirkətinə məxsus “Boeing 747” yük təyyarəsi Honkonq beynəlxalq hava limanının şimal uçuş zolağına enərkən sürüşərək zolaqdan çıxıb və bir hissəsi dənizə batıb.
“TV1” xəbər verir ki, yerli vaxtla səhər saat 4 radələrində baş verən hadisə nəticəsində 1 nəfər ölüb.
Təyyarə sürüşüb dənizə düşməzdən əvvəl yerüstü xidmət avtomobili ilə toqquşaraq onu da suya salıb. Təyyarənin heyət üzvləri xəsarət almayıb.
Qəza nəticəsində hava limanının şimal uçuş-enmə zolağı qısa müddətə bağlanıb.