Qızılın qiyməti uzun fasilədən sonra ucuzlaşıb
Oktyabrın 21-də qızılın qiyməti uzun müddətdən sonra ilk dəfə aşağı düşüb.
“TV1” xəbər verir ki, qızılın spot qiyməti 6,3% azalaraq bir unsiya üçün 4 082 dollar təşkil edib.
Bu da 2020-ci ilin avqust ayından bəri rekord göstəricidir.
Spot bazarda gümüşün qiyməti də əhəmiyyətli dərəcədə – 8,7% azalaraq bir unsiya üçün 47.9 dollar olub.
Dekabr ayı üçün qızıl füçersləri 5.3% ucuzlaşaraq, bir unsiya üçün 4129 dollaradək enib.








