300 nəfər könüllü irəli çıxsın deyilsə də, 600 nəfərin hamısı önə çıxdı

media-ads_728_90

“Bir həqiqəti yazmağı özümə borc bilirəm. Hərbi əməliyyatlar başlayanda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından 300 xüsusi təyinatlının seçilməsi tapşırığı verilir. Sırada 600 nəfər dayanır. Komandanlıq “yalnız 300 könüllü irəli çıxsın” deyir. Və həmin an – 600 nəfərin hamısı eyni anda önə çıxaraq “Hazırıq!” deyir”.

“TV1” xəbər verir ki, bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə səhifəsində yazıb.

O, müharibəyə yollanan həmin xüsusi təyinatlının 29-nun Şuşa uğrunda döyüşlərdə şəhid olduğunu vurğulayıb.

“Bu, sadəcə bir seçim deyildi. Bu, Vətənə sədaqətin ölçüsüz nümunəsi idi. Həmin igidlərdən 29-u Şuşa uğrunda döyüşlərdə şəhid oldu. Onların hər biri bu xalqın şərəf salnaməsinə adı yazılan qəhrəmanlardır” –  deyə, – DİN rəsmisi qeyd edib.

media-ads_728_90
Paylaş