41 bağça müdiri işdən çıxarılıb

media-ads_728_90

“İlin əvvəlindən indiyədək 41 bağça müdiri işdən çıxarılıb”.

“TV1” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova brifinqdə deyib.

O bildirib ki, həmin müddətdə 100-dən çox müdirə müxtəlif səbəblərə görə inzibati tədbirlər tətbiq olunub.

Şöbə müdiri əlavə edib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi məktəbəqədər təhsil müəssisələri üçün keyfiyyət çərçivə sənədi hazırlayıb:

“Bu sənədə əsasən 150 bağçada daxili keyfiyyət sisteminin qurulması üzrə monitorinqlər həyata keçirilib. Bu il əlavə 100 bağçada da keyfiyyət təminatı üzrə monitorinqlərin davam etdirilməsi planlaşdırılır. Agentlik və yerli təhsili idarəetmə orqanları tərəfindən aparılan planlı monitorinqlər zamanı idarəetmə sistemi, pedaqoji proseslər və inzibati işlər yoxlanılır”.

media-ads_728_90
Paylaş