46 informasiya resursunda təhlükəsizliklə bağlı AÇIQLAMA
Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) həyata keçirdiyi audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 976 informasiya resursunda təhlükəsizlik boşluqları müəyyən edilib və onların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq bildirişlər göndərilib.
“TV1” xəbər verir ki, Dövlət Xidmətindən bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 78 faiz çoxdur.
Təkcə avqust ayında isə 46 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 55 faiz azdır.
Qeyd edək ki, ötən il dövlət qurumlarının ümumilikdə 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanmışdı. Bu isə əvvəlki illə müqayisədə 23 faiz çoxdur.