7 ayda ölkədə qeydə alınan nikahların SAYI
Azərbaycanda nikahların sayı artıb.
“TV1” xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyul aylarında 27 min 509 nikah və 12 min 146 boşanma halları qeydə alınıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.