738 gün sonra AZADLIQDA - VİDEO

media-ads_728_90

Fələstinin HƏMAS hərəkatı bu gün sərbəst buraxmağı planlaşdırdığı israilli girovların siyahısını açıqlayıb.

“TV1” xəbər verir ki, siyahıda 20 israilli şəxsin adı yer alıb.

Həmin girovların yaxın saatlarda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil veriləcəyi gözlənilir.

“Al Aqsa” telekanalı BQXK əməkdaşlarının artıq girovların təhvil veriləcəyi əraziyə yollandığını bildirib.

Onu da qeyd edək ki, İsrail və HƏMAS arasındakı razılaşma çərçivəsində İsrail təqribən 2000 fələstinli məhbusu azad edəcək. Onlardan əksəriyyəti Qəzzaya və yaxud qonşu ölkələrə göndəriləcək.

Qeyd edək ki, İsrail mediasının məlumatına görə, HƏMAS geri qalan 13 girovu da BQXK-ya təhvil verib.

Onların da vəziyyətinin normal olduğu bildirilib. Bununla da, HƏMAS-ın 738 gündür saxladığı həyatda olan bütün girovlar təhvil verilib.

media-ads_728_90
Paylaş