media-1200x100

8 noyabr - Zafər Günü münasibətilə Şuşa şəhərində yürüş keçirilib

media-ads_728_90

8 noyabr – Zafər günü münasibətilə Şuşa şəhərində yürüşü keçirilib.

“TV1” xəbər verir ki, ərazidə xidmət edən N saylı hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi parad hərbi orkestrin sədaları ilə müşayiət olunub.

Şəhərin mərkəzindən başlayan bayram yürüşünə yerli ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak edib. Zəfər yürüşü qala divarlarının yanında başa çatıb.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

media-ads_728_90
Paylaş