9 ayda iqtisadiyyata nə qədər investisiya qoyulub?

media-ads_728_90

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 711,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9% az investisiya yönəldilib.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinnin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 1,6 faiz azalıb. İstifadə olunmuş investisiyanın 6302,0 milyon manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 4743,8 milyon manatı (37,3 faizi) xidmət sahələrinə, 1665,3 milyon manatı (13,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 10578,7 milyon manatını və ya 83,2 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 9193,0 milyon manatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

media-ads_728_90
Paylaş