90 yaşlı Sofi Lorenin oğlu özündən 21 yaş kiçik gürcü qızı ilə EVLƏNDİ - FOTO/VİDEO

media-ads_728_90

Məşhur italyan müğənni-aktrisa Sofi Lorenin oğlu, dirijor Karlo Ponti Jr. evlənib.

“TV1” xəbər verir ki, 57 yaşlı dirijor özündən 21 yaş kiçik Gürcüstandan olan fitness məşqçisi Məryəm Şarmanaşvili ilə nikah masasına əyləşib.

Toy mərasimi Mtsxetadakı Samtavro monastırında baş tutub. 90 yaşlı S.Loren mərasimdə iştirak etməyib. O, sentyabrda İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılan toyun rəsmi hissəsinə qatılmağı planlaşdırır.

Karlo Ponti ilə Məryəm Şarmanaşvili sosial şəbəkədə tanış olublar. Görüş zamanı o, Karlonun əslində kim olduğunu bilmirmiş. Məryəm Şarmanaşvilinin səkkiz yaşlı oğlu var.

media-ads_728_90
Paylaş