910 nəfər orqan transplantasiyası üçün növbədədir

media-ads_728_90

Hazırda Azərbaycanda 910 nəfər orqan transplantasiyası (böyrək, qaraciyər, sümük iliyi və buynuz qişasının transplantasiyası) üçün növbədədir.

“TV1” xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzindən bildirilib.

Məlumata əsasən, onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişa transplantasiyası üçün növbə gözləyir.

“Böyrək transplantasiyası üçün növbə gözləyənlərdən 18-i uşaq, 280 nəfəri böyükdür. Bununla yanaşı, qaraciyər transplantasiyası üçün 5 uşaq, 118 böyük, sümük iliyi transplantasiyası üçün 371 uşaq, 93 böyük, buynuz qişa transplantasiyası üçün isə 2 uşaq, 23 böyük hazırda növbə gözləyir”, – deyə məlumatda qeyd olunub.

media-ads_728_90
Paylaş