media-1200x100

9686 hektar torpaq sahəsi qanunsuz şəkildə icarəyə verilib

media-ads_728_90

İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 9 720 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

“TV1” xəbər verir ki, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2024-cü il üzrə) öz əksini tapıb.

Məruzəyə əsasən, nəticədə 9 686 hektar torpaq sahəsinin icarəyə, 34 hektar torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

media-belediyye_aktlari_hesabat

 

 

 

 

 

 

 

 

 

 

 

Həmçinin bildirilib ki, il ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib, nəticədə 3 376 hektar örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilən iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.

media-ads_728_90
Paylaş