ABŞ administrasiyası Baydenin 7 milyard dollarlıq günəş enerjisi proqramını ləğv edib
ABŞ administrasiyası ölkənin keçmiş prezidenti Co Baydenin aztəminatlı vətəndaşlar üçün nəzərdə tutduğu 7 milyard dollarlıq günəş enerjisi proqramını ləğv edib.
“TV1” xəbər verir ki, bu barədə ABŞ-nin Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Li Zeldin “X” sosial şəbəkəsində paylaşım edib.
Zeldin qeyd edib ki, agentlik istixana qazı tullantılarını azaltmağa yönəlmiş layihəni idarə etmək üçün qanuni səlahiyyətlərdən məhrum olub.