ABŞ-da Azərbaycanla müqavilənin paraflanması dönüş nöqtəsidir - Paşinyan

media-ads_728_90

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da Azərbaycanla sülh müqaviləsinin paraflanmasını dönüş nöqtəsi adlandırıb.

“TV1” xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib.

N.Paşinyan xatırladıb ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar – birincisi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişi paraflayıblar, ikincisi, birgə bəyannamə qəbul ediblər.

“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar oldu, əziz insanlar. Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq”, – deyə N.Paşinyan bildirib.

media-ads_728_90
Paylaş