ABŞ-də vitse-prezidentin mühafizəsinin avtomobilləri üzərində mərmi partlayıb
ABŞ Dəniz Piyadalarının 250 illik yubileyi zamanı Kaliforniyadakı Kemp-Pendlton bazasında 155 millimetrlik mərmi patrul xidmətinin keçdiyi yolun üzərində partlayıb.
“TV1” xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Bildrilib ki, bir qədər əvvəl onlar ABŞ-nin vitse-prezidenti Cey Di Vensi müşayiət ediblər.
Mərminin hissələri patrul avtomobilinə və motosikletə dəyib.
Heç kim xəsarət almayıb, avtomobil yüngülcə zədələnib. Yol yoxlanıldıqdan sonra yenidən avtomobillərin hərəkəti üçün açılıb.








