ABŞ fələstinlilərə viza verilməsini DAYANDIRDI

media-ads_728_90

ABŞ fələstinlilərə geniş çeşiddə vizaların verilməsini dayandırıb.

“TV1” xəbər verir ki, bu haqda “New York Times” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

“Tramp administrasiyası Fələstin pasportu sahibləri üçün demək olar ki, bütün ziyarət vizalarının təsdiqini geniş şəkildə dayandırmaq qərarına gəlib”, – deyə məlumatda deyilir.

Qeyd olunur ki, Dövlət Departamenti müvafiq tədbirlər barədə ABŞ-ın bütün səfirlik və konsulluqlarını məlumatlandırıb.

Qərar müalicə, universitet təhsili, dost və qohumların ziyarəti, işgüzar səfərlər üçün ola bütün vizaları əhatə edir.
Qərarın konkret nə ilə bağlı olduğu haqda isə məlumat verilmir.

media-ads_728_90
Paylaş