ABŞ hərbçiləri İsrailə GEDİB

media-ads_728_90

Qəzza zolağında atəşkəs razılaşmalarına riayət olunmasına nəzarət edəcək əlaqələndirmə mərkəzinin yaradılması üçün ABŞ-nin göndərdiyi hərbçilər artıq İsrailə çatıb.

“TV1” xəbər verir ki, bu barədə ABŞ KİV-nin məlumatında bildirilir.

Atəşkəsə nəzarətlə bağlı tədbirlər çərçivəsində ABŞ hökuməti Yaxın Şərqə ümumilikdə 200 hərbçidən ibarət kontingent göndərəcəyini bəyan edib. Onların Qəzza zolağından kənarda qərarlaşacağı bildirilir.

Əlaqələndirmə mərkəzinin fəaliyyətində iştirak edəcək hərbçilər nəqliyyat, planlaşdırma, logistika, təhlükəsizliyin təminatı və mühəndislik sahələri üzrə ixtisaslaşıblar.

media-ads_728_90
Paylaş