ABŞ hərbi təyyarələri Böyük Britaniyadakı ikinci aviabazanı da tərk edib

media-ads_728_90

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus azı 10 yanacaqdoldurma təyyarəsi Böyük Britaniyada yerləşən ikinci hərbi aviabazanı da tərk edib.

“TV1” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, təyyarələr İngiltərənin Suffolk qraflığındakı RAF Mildenhall aviabazasından havaya qalxıb. Təyyarələrin bir hissəsi ABŞ-nin Avropadakı digər hərbi bazalarına, digərləri isə Şotlandiyanın Ayrşir bölgəsində yerləşən Prestvik hava limanına enib.

Qeyd edək ki, bir neçə həftə əvvəl ABŞ İranla əlaqəli olduğu ehtimal edilən təhlükəsizlik insidentindən sonra RAF Fairford aviabazasından bombardmançı təyyarələrini geri çəkmişdi.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin sözçüsü ABŞ hərbi təyyarələrinin son yerdəyişməsi ilə bağlı bildirib ki, nazirlik digər ölkələrin hərbi fəaliyyətini mütəmadi olaraq şərh etmir.

“Təyyarələr və digər hərbi vasitələr əməliyyat tələblərinə uyğun olaraq müntəzəm şəkildə yerdəyişmə həyata keçirir”, – deyə nazirliyin nümayəndəsi qeyd edib.

media-ads_728_90
Paylaş