Filippində göyərtəsində altı xarici vətəndaşın olduğu təyyarə qəzaya uğrayıb
Göyərtəsində altı xarici vətəndaşın olduğu özəl təyyarə Filippinin cənubunda qəzaya uğrayıb.
“TV1” xəbər verir ki, “Reuters”in məlumatına görə, bu barədə yerli fövqəladə hallar idarəsinin nümayəndəsi Comar Kalyedo bildirib.
Onun sözlərinə görə, hadisə yerində xilasetmə işləri aparılır.
Sərnişinlər və ekipaj üzvləri arasında sağ qalanlar barədə hələ ki, məlumat yoxdur.








