Moskvada KTMT XİN, MN və TŞ katiblərinin iclası keçirilir: Ermənistan tədbiri "boykot" edib 

media-ads_728_90

Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik şuraları katiblərinin iclası keçirilir.

“TV1” xəbər ki, iclasda qlobal hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik və Rusiyanın bu ilki KTMT sədrliyinin prioritetlərinin həyata keçirilməsi müzakirə olunur.

Rusiya xarici işlər naziri Sergey Lavrov açılış nitqi ilə iclasda çıxış edib.

KTMT-yə üzv olan Ermənistan Moskvadakı yüksək səviyyəli tədbiri yenə boykot edib. Ermənistandan iclasa heç bir nümayəndə qatılmayıb.

Rusiya rəsmiləri və KTMT rəhbərliyi təşkilatın Moskvadakı tədirlərində gündəlidə duran əsas məsələlərdən birinin Ermənistanın KTMT-yə üzvlüyünün taleyi olacağını açıqlayıb. Təşkilatın baş katibi Taalatbek Masadılkov Ermənistanın faktiki olaraq KTMT-dən çıxdığını bildirib. O qeyd edib ki, Ermənistan tərəfi müzakirələrdə və qərarların qəbulunda iştirak etmir, təşkilatın əsas tədbirlərinə və hərbi təlimlərinə qatılmır. Baş katib hesab edir ki, bu vəziyyət KTMT Nizamnaməsinin 25-ci maddəsi ilə əlaqəlidir və Ermənistan faktiki olaraq təşkilatdan özü çıxıb.

Rusiya XİN sözçüsü Mariya Zaxarova isə KTMT sammitində Ermənistana qarşı məhdudlaşdırıcı tədbirlərin müzakirəsini istisna etmədiyini söyləyib.

Qeyd edək ki, noyabrın 11-də Moskvada KTMT ölkələri dövlət başçılarının sammiti keçiriləcək.

media-ads_728_90
Paylaş