Bolqarıstanda matəm elan edilib

media-ads_728_90

Bolqarıstanda milli matəm elan edilib.

“TV1”  xəbər verir ki, buna səbəb “Trakiya” avtomagistralında baş verən ağır zəncirvari yol qəzasıdır.

Bolqarıstanın Baş naziri Rumen Radev bildirib ki, noyabrın 11-i faciə nəticəsində həyatını itirənlərin xatirəsinə milli matəm günü elan olunacaq.

İlkin məlumatlara görə, hadisə Yambol vilayəti yaxınlığında baş verib. Sıx duman və görmə məsafəsinin kəskin azalması nəticəsində 80-dən çox avtomobilin iştirakı ilə iki ayrı zəncirvari qəza qeydə alınıb.

Son məlumata əsasən, qəzalarda 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

media-ads_728_90
Paylaş