II Süni İntellekt Zirvəsinə son 3 gün: Azərbaycanın rəqəmsal gələcəyi Bakıda müzakirə olunacaq

media-ads_728_90

13 noyabr 2026-cı il tarixində Bakıda keçiriləcək II Süni İntellekt Zirvəsinə cəmi 3 gün qalıb. “Facemark” şirkətinin təşkilatçılığı ilə The Ritz-Carlton Baku-da baş tutacaq tədbir süni intellekt sahəsindəki ən son trendləri, innovativ yanaşmaları, ilhamverici ideyaları və real əməkdaşlıq imkanlarını bir araya gətirəcək.

“TV1”  xəbər verir ki, “Uzadılmış indi” konsepti ilə təşkil olunan zirvə iştirakçıları gələcəyi bu gündən kəşf etməyə, süni intellektin yaratdığı imkanları yaxından tanımağa və Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verəcək müzakirələrə qoşulmağa dəvət edir.

Tədbirdə dövlət və özəl sektorun nümayəndələri, beynəlxalq səviyyədə tanınmış ekspertlər, süni intellekt mütəxəssisləri və qabaqcıl texnologiya şirkətləri iştirak edəcəklər. Zirvə Arter, Facemark, Handex və HDC (Human Development Center) təşkilatlarının dəstəyi ilə keçirilir.

Bir günlük proqram saat 09:00-dan 18:00-dək davam edəcək. Proqram çərçivəsində iki əsas panel müzakirəsi, spikerlərlə interaktiv sual-cavab sessiyaları, sənayelər üzrə ixtisaslaşmış treklər və praktiki masterklasslar nəzərdə tutulub.

Zirvənin əsas səhnəsində dünya səviyyəli spikerlər süni intellektin gələcəyinə dair aktual mövzularla çıxış edəcəklər. Sənaye treklərində müxtəlif sektorların süni intellektlə transformasiyası, mövcud çağırışlar və yeni imkanlar müzakirə olunacaq. AI Playground zonalarında iştirakçılar süni intellekt həllərini canlı şəkildə sınaqdan keçirmək, masterklasslarda isə sahə ekspertlərindən praktiki bilik və bacarıqlar əldə etmək imkanı qazanacaqlar.

Gün ərzində keçiriləcək çıxışlar və müzakirələr iştirakçılara nəzəri biliklərlə yanaşı, real biznes keysləri, tətbiq oluna bilən həllər və süni intellekt texnologiyalarının müxtəlif sahələrdə istifadəsinə dair praktik yanaşmalar təqdim edəcək.

II Süni İntellekt Zirvəsi süni intellekt mütəxəssisləri, şirkət rəhbərləri, data və əlaqəli sahələr üzrə ekspertlər, eləcə də bu sahəyə maraq göstərən şəxslər üçün bilik və təcrübə mübadiləsi, yeni əməkdaşlıqların qurulması və peşəkar əlaqələrin genişləndirilməsi baxımından mühüm platforma olacaq. Qeyd edək ki, zirvənin bütün iştirakçılarına iştirak sertifikatı təqdim ediləcək.

Zirvəyə qoşulmaq üçün son 3 gün! Süni intellektin gələcəyini formalaşdıran ideyaların, texnologiyaların və insanlarla eyni məkanda olmaq fürsətini qaçırmayın.

Tədbirdə iştirak, qeydiyyat və ətraflı məlumat üçün facemark.az saytına daxil ola bilərsiniz.

media-ads_728_90
Paylaş