Rusiya-Ukrayna-ABŞ danışıqlarının nəticələri - Məqsəd davamlı sülhə nail olmaqdır

media-ads_728_90

ABŞ, Ukrayna və Avropa tərəfdaşlarının nümayəndələri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması və davamlı sülhün təmin edilməsi şərtlərini müzakirə ediblər.

“TV1” xəbər verir ki, bu barədə Əbu-Dabidə keçirilən məsləhətləşmə görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.

Bəyanatın mətnini ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff yayımlayıb.

Sənəddə qeyd olunub ki, gələcəkdə əldə ediləcək istənilən razılaşma Ukraynanın suverenliyi və ərazi bütövlüyünü, ölkənin müstəqil qərar qəbul etmək hüququnu nəzərə almalı, həmçinin etibarlı təhlükəsizlik təminatlarını əhatə etməlidir:

“Ümumi məqsəd Ukraynanın uzunmüddətli təhlükəsizliyini gücləndirəcək və danışıqlar yolu ilə nizamlanma üçün zəruri etimad mühitini yaradacaq praktik və bir-birini tamamlayan təhlükəsizlik sisteminin hazırlanmasıdır”.

Tərəflər, həmçinin müharibədən sonrakı dövr üçün təhlükəsizlik sazişlərinin hazırlanmasını, risklərin idarə olunması və təhlükəli eskalasiyanın qarşısının alınması mexanizmlərini müzakirə ediblər:

“Güclü NATO Avroatlantik məkanın kollektiv müdafiəsinin əsas elementi olaraq qalacaq. ABŞ, Ukrayna və Avropa tərəfdaşları danışıqlar prosesi boyunca sıx əməkdaşlığı davam etdirəcəklər. Onların ümumi məqsədi Avropa tərəfdaşlarının iştirakı ilə daha geniş çoxtərəfli müzakirələrə keçmək və hərtərəfli, davamlı sülhə nail olmaqdır”.

xxx

Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar başlayıb.

“TV1” TASS-a istinadən xəbər verir ki, Rusiya, ABŞ və Ukrayna arasında görüş qapalı qapılar arxasında keçirilir.

Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Ukrayna danışıqlar qrupuna isə hazırda Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri olan Rüstəm Umerov rəhbərlik edir.

media-ads_728_90
Paylaş