ABŞ-ın neft-emalı zavodunda partlayış baş verib - VİDEO

media-ads_728_90

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının El Sequndo şəhərində yerləşən neft-emalı zavodunda gecə saatlarında partlayış baş verib.

“TV1” xarici KİV-ə istinadən xəbər verir.

Partlayışdan sonra müəssisədə yanğın meydana gəlib. Ərazidən yüksələn qatı tüstü kilometrlərlə məsafədən görünüb. İnsidentin səbəbi hələ ki, məlum deyil.

“Los Angeles Times” zavodun “Chevron” şirkətinə məxsus olduğunu yazır.

 

media-ads_728_90
Paylaş