ABŞ nümayəndə heyəti Ermənistana gedəcək - Zəngəzur dəhlizinin detalları müzakirəsi olunacaq
Növbəti həftə ABŞ-ın müxtəlif dairələrindən olan nümayəndələr “Tramp Marşrutu” (TRIPP, Zəngəzur dəhlizi) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər.
“TV1” xəbər verir ki, bu barədə erməni qəzeti “Joqovurd” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, amerikalı nümayəndələr dəhlizin təkcə texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər. Həmçinin, layihəyə investisiya həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətləri mövzusuna da toxunulacaq.
“Hazırda rəsmi mənbələr səfərin detalları və gündəliyi barədə məlumat vermirlər. Lakin müzakirələr qapalı formatda keçiriləcək, qəbul edilən qərarlar isə regionda yeni logistik reallığın formalaşması ilə birbaşa bağlı olacaq”, – deyə məlumatda bildirilib.








