ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır - Tramp

media-ads_728_90

ABŞ prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə potensial nüvə müharibəsinə hazır olduğunu deyib.

“TV1” xəbər verir ki, o bu barədə “Fox News”a açıqlamasında bildirib.

“Medvedev nüvə silahı haqqında danışmağa başlayıb. Nüvə silahına gəldikdə, biz hazır olmalıyıq. Biz tam hazırıq” – deyə D.Tramp bildirib.

Qeyd edək ki, D.Tramp iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsinə dair əmr verib. O, bu addımı Rusiyanın keçmiş prezidenti, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatından sonra atdığını açıqlayıb.

media-ads_728_90
Paylaş