media-1200x100

ADY ötən ilin rekordunu təzələyir

media-ads_728_90

Bu ilin yanvar-oktyabr aylarında ADY-nin qatarları ilə 6,9 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23% çoxdur.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bildirilib.

Məlumata görə, 2023-cü və 2024-cü illərin oktyabr ayında daşınan sərnişin sayında isə bu il 24% artım qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyon sərnişin daşımağa nail olub.

media-ads_728_90
Paylaş