Ağdərənin Vəngli kəndinə yola salınan ilk köç karvanı ünvanına çatıb

media-ads_728_90

Ölkənin müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.

 “TV1” xəbər verir ki, bu gün 22 ailə olmaqla, 83 nəfər keçmiş məcburi köçkün öz yurduna qovuşub.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

media-ads_728_90
Paylaş