Ağır qəza: ölən və yaralananlar var

media-ads_728_90

İranda Tibb fakültəsinin tələbələrini aparan avtobus TIR-la toqquşaraq yoldan çıxıb.

“TV1″ xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, yol-nəqliyyat hadisəsi Simnan əyalətindəki Simnan-Sorxe avtomagistral yolda olub.

Qəza nəticəsində 2 nəfər ölüb, sürücü və bir çox sərnişin yaralanıb.

Ölənlərin 20 və 25 yaşlarında qadınlar olduğu vurğulanıb.

Qeyd olunub ki, avtobusda ümumilikdə 11 qadın olub.

media-ads_728_90
Paylaş