Ali məktəblərə boş qalan plan yerlərinin sayı AÇIQLANDI
Ali təhsil müəssisələri üzrə boş qalan plan yerlərinin sayı 2 219-dur.
“TV1” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin “Xəbərimiz var” verilişində deyib.
O bildirib ki, sözügedən plan yerlərinin siyahısı sabah açıqlanacaq:
“Hazırda I ixtisas qrupu üzrə 1549, II qrup üzrə 278, III ixtisas qrupu üzrə 30, IV qrup üzrə isə 218 boş plan yeri var. V qrupa gəlincə isə 144 boş plan yeri mövcudur”.