Almaniya Fələstin dövlətini tanımaq təşəbbüsünə qoşulmayacaq - Kansler

media-ads_728_90

“Almaniya müttəfiqlərinin Fələstin dövlətini tanımaq təşəbbüsünə qoşulmayacaq”.

“TV1” xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.

O bildirib ki, Almaniya gələn ay keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Qərb müttəfiqlərinin Fələstin dövlətini tanımaq təşəbbüsünə qoşulmayacaq:

“Fələstin dövlətinin tanınması ilə bağlı federal hökumətin mövqeyi aydındır. Kanada bunu bilir. Biz bu təşəbbüsə qoşulmayacağıq. Tələblərin yerinə yetirildiyini görmürük”.

Qeyd edək ki, F.Merts keçən ay Kanada, Fransa və Böyük Britaniyadan oxşar açıqlamalarından sonra Fələstin dövlətini tanımağı planlaşdırdığını bildirmişdi.

media-ads_728_90
Paylaş