Almaniyada mer bıçaqlanıb

media-ads_728_90

Almaniyada Herdecke şəhərinin meri İris Ştaltsere bıçaqlı hücum edilib.

“TV1” xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri yazır.

Bildirilir ki, 57 yaşlı Ştaltserin vəziyyəti kritikdir. Siyasətçi çoxsaylı yaralar alıb.

O, Sosial-Demokrat Partiyasından namizəd kimi seçilmişdi və bundan qısa müddət sonra hücuma məruz qalıb.

Hücum edənin şəxsiyyəti və motivləri haqda hələlik heç nə məlum deyil.

Polis təfərrüatları açıqlanmayan böyük əməliyyat keçirir.

media-ads_728_90
Paylaş