media-1200x100

AMB: Bu ilin ilk yarısında Azərbaycana 3 mlrd. dollar birbaşa xarici investisiya yatırılıb

media-ads_728_90

“2024-cü ilin ilk yarısında Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 3 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Kapital repatriasiyası isə 3,4 mlrd. dollar təşkil edib”.

“TV1” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.

O bildirib ki, Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar isə cəmi 998 milyon ABŞ dolları (2023-cü ilin eyni dövründə 0,6 mlrd. dollar) olub.

media-ads_728_90
Paylaş