Xocavənddə mina partladı: ANAMA əməkdaşının ayağı amputasiya edildi

media-ads_728_90

İşğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində bu gün mina hadisəsi baş verib.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında bildirilir.

Qeyd olunur ki, ekskavator operatoru vəzifəsində çalışan agentliyin əməkdaşı, 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinov xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

O, hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılıb.

Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib, vəziyyəti stabildir.

media-ads_728_90
Paylaş