Ankarada zəlzələ olub
Ankarada 4.1 bal gücündə zəlzələ olub.
“TV1” “Haber Global”a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Məlumata görə, Ankaranın Kalecik rayonunda baş verən zəlzələnin 11 km dərinlikdə olduğu bildirilir.
Zəlzələ səhər saat 08:24-də baş verib.