Minsk qrupunun fəaliyyətinə xitam veriləcək - Bu tarixdə
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya xarici işlər naziri Elina Valtonen Ermənistanda səfərdədir.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, sədr Ermənistan XİN-də xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
“ATƏT-in Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq.”
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen İrəvanda Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
O, ATƏT-in Ermənistanda və bütün regionda sülhü dəstəkləməyə hazır olduğunu qeyd edib.