Avropa çempionatında birinci yeri tutan Azərbaycan cüdo millisi Vətənə qayıdıb

media-ads_728_90

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak etmiş Azərbaycan millisi Vətənə geri dönüb.

“TV1” xəbər verir ki, yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları və idmançıların yaxınları qarşılayıblar.

Azərbaycan komandası fərdi mübarizədə 3 medal qazanıb. Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57 kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) bürünc medal əldə edib.

Bu nəticə ilə Azərbaycan yığması 43 ölkənin mübarizəsində oğlanlar arasında birinci yeri tutub.

Milli turnirin son günündə qarışıq komanda yarışında çıxış edib və beşinci olub.

Qeyd edək ki, sentyabrın 4-dən 7-dək təşkil edilən qitə birinciliyində 43 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparıb.

media-ads_728_90
Paylaş