Avropa liderləri Ağ Evdə - Tramp-Zelenski görüşündə iştirak edəcəklər
Tramp-Zelenski görüşündə iştirak etmək üçün Avropa liderləri Ağ Evə gəlirlər.
“TV1” xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stab görüşdə iştiraklarını təsdiqləyiblər.
Qeyd edək ki, bu gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olacaq. Görüş əvvəlcə ikitərəfli, sonra Avropa liderlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.