AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq yekunlaşmaq üzrədir - Vladimir Putin

media-ads_728_90

“AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq yekunlaşmaq üzrədir”.

“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə V.Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

“Deməzdim ki, biz dövlətlərarası münasibətlərdə böhran yaşadıq. Deyərdim ki, bu, emosiyalar böhranı idi”, – o əlavə edib.

O qeyd edib ki, AZAL-ın təyyarə qəzası ilə bağlı istintaq yekunlaşmaq üzrədir, təfərrüatlar və nüanslar qalır.

“Biz Əliyevlə razılaşdıq ki, AZAL-ın qəzası ilə bağlı araşdırma obyektiv olacaq. Hazırda istintaq başa çatıb və ümumilikdə hər şey aydındır. Ümid edirəm ki, biz bu səhifəni çevirmişik”, – deyə o bildirib.

media-ads_728_90
Paylaş