Azərbaycan Avrasiya nəqliyyat karkasının inkişafına 2 milyard dollardan çox investisiya yatırıb

media-ads_728_90

Bu il iyuluın 1-nə, Azərbaycanın Avrasiya nəqliyyat karkasının inkişafına yatırdığı investisiyaların məbləği 2,1 milyard ABŞ dolları təşkil edib.

“TV1” xəbər verir ki, Avrasiya İnkişaf Bankının (EBD) “Nəqliyyat layihələri observatoriyası”na istinadən verdiyi məlumata görə, ümumilikdə regionda ümumi məbləği 234 milyard ABŞ dollarından çox olan 325 layihə həyata keçirilir və yaxud icrası planlaşdırılır.

Observatoriya 13 ölkəni əhatə edir: Azərbaycan, Ermənistan, Əfqanıstan, Belarus, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan.

Layihələrin ən böyük hissəsi (51 %-dən çoxu) avtomobil yolları sektoruna aiddir. İnvestisiya dəyərinə görə layihələrin 60 %-dən çoxu icra, 13 %-i sənədlərin hazırlanması, 27 %-i isə müzakirə və planlaşdırma mərhələsindədir.

Mərkəzi Asiya ölkələri Avrasiya nəqliyyat karkasına yatırılan bütün investisiyaların 22 %-dən çoxunu əhatə edir – regionda təxminən 53 milyard ABŞ dolları məbləğində 90 layihə həyata keçirilir ki, bunun da 44 %-i Qazaxıstanın payına düşür. Bu investisiyaların təxminən üçdə ikisi magistral avtomobil yollarının tikintisi və modernləşdirilməsinə yönəldilib. Bu isə regionun ticarəti və beynəlxalq daşımaları stimullaşdırmaq üçün nəqliyyat infrastrukturunun inkişafına olan kəskin ehtiyacını vurğulayır.

Avrasiya regionu ölkələri üzrə Avrasiya nəqliyyat karkasının inkişafına yatırılan investisiyaların bölgüsü belədir: Rusiya – 137,1 milyard ABŞ dolları, Qazaxıstan – 23,3 milyard ABŞ dolları, İran – 13,6 milyard ABŞ dolları, Əfqanıstan – 12,5 milyard ABŞ dolları, Qırğızıstan – 12 milyard ABŞ dolları, Monqolustan – 8,5 milyard ABŞ dolları, Özbəkistan – 7,2 milyard ABŞ dolları, Türkmənistan – 5,3 milyard ABŞ dolları, Tacikistan – 5 milyard ABŞ dolları, Ermənistan – 4,7 milyard ABŞ dolları, Gürcüstan – 2,6 milyard ABŞ dolları və Belarus – 0,2 milyard ABŞ dolları.

Avrasiya nəqliyyat karkasının 10 ən böyük layihəsindən 7-si Rusiyanın payına düşür. Nəticədə, Şimali Avrasiya nəqliyyat dəhlizinin inkişafı ən kapital tutumlu istiqamət olub, bunun üçün 78 milyard ABŞ dolları həcmində investisiya tələb olunur ki, bu da Avrasiya nəqliyyat karkasına yatırılan ümumi investisiyaların üçdə birini təşkil edir.

Mərkəzi Asiyada ən böyük 10 layihə Mərkəzi Asiyada Avrasiya nəqliyyat karkasına yatırılan bütün investisiyaların 58 %-ni toplayır. Bunların arasında Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu magistralı (4,7 milyard ABŞ dolları), Daşkənd-Əndican avtomobil yolu (4,3 milyard ABŞ dolları), Balıkçı-Koçkor-Kara-Keçe-Makmal-Cəlal-Abad dəmir yolu (4,1 milyard ABŞ dolları), Tacikistandakı Şimal-Cənub dəmir yolu (3,9 milyard ABŞ dolları) və s. var.

EDB qeyd edir ki, layihələrin prioritetləşdirilməsi xüsusilə məhdud investisiya resursları şəraitində vacibdir. Əfqanıstan, Tacikistan, Qırğızıstan, Monqolustan və Ermənistan kimi ÜDM səviyyəsi aşağı olan ölkələrdə nəqliyyat infrastrukturuna xərclər iqtisadiyyatın həcminə nisbətdə xüsusilə əhəmiyyətlidir.

“Ümumi layihələrin sayından 113-ü özəl sektorun iştirakını nəzərdə tutur. Bunların təxminən yarısı logistika və anbar infrastrukturundadır. Təxminən 17 layihə dövlət-özəl tərəfdaşlığı formatında həyata keçirilir və ya potensial olaraq həyata keçirilə bilər”, – bankın məlumatında bildirilib.

media-ads_728_90
Paylaş