Azərbaycan-Gürcüstan sərhədində nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırılıb

media-ads_728_90

Azərbaycan-Gürcüstan sərhədində həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamət üzrə nəqliyyat vasitələrinin sıxlığı aradan qalxıb, növbələr minimuma enib.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, hazırda Azərbaycandan çıxış istiqamətində “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində 330, “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqəsində isə 56 nəqliyyat vasitəsi növbə gözləyir.

media-ads_728_90
Paylaş