media-1200x100-50faiz

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20%-dən çox artıb

media-ads_728_90

2025-ci il fevral ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 29 325.3 milyon manat təşkil edib.

“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.

Qeyd olunur ki, bu cari ilin əvvəli ilə müqayisədə 37.1 milyon manat çoxdur.

2024-cü ilin fevral ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 20.4% və ya 4 mlrd. 962.8 mln. manat artıb. Belə ki, ötən ilin fevral ayının 1-nə kredit qoyuluşlarının həcmi 24 362.5 mln. manat təşkil edib.

media-ads_728_90
Paylaş