Azərbaycan-İran əməkdaşlığı müzakirə olunub
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İranın ölkədəki səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
“TV1” xəbər verir ki, ISNA agentliyinin məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, regional və beynəlxalq proseslər müzakirə olunub.
M.Dəmirçilu görüş zamanı İran-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini bildirib. Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsinin və münasibətlərin möhkəmləndirilməsinin zəruri olduğunu qeyd ediblər.