Azərbaycan nefti bahalaşıb
İtaliyanın Auqusta limanında Azərbaycanın “Azeri Light” markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,7 ABŞ dolları və ya 1,02% artaraq, 69,21 dollar/barel təşkil edib.
“TV1” xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,74 dollar və ya 1,1% bahalaşaraq 67,69 dollar təşkil edib.