Azərbaycan nefti ucuzlaşıb

media-ads_728_90

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,33 ABŞ dolları, yaxud 1,82 % azalaraq 71,37 ABŞ dolları təşkil edib.

“TV1” xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 71,39 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,35 ABŞ dolları və yaxud 1,89 % azalaraq 69,95 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

 

media-ads_728_90
Paylaş