Azərbaycan nefti ucuzlaşıb

media-ads_728_90

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

“TV1” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,1 ABŞ dolları və ya 1,58% azalaraq 68,51 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,61 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

media-ads_728_90
Paylaş