media-1200x100

Azərbaycan-Rusiya sərhədində 45 avtomobil gözləyir

media-ads_728_90

Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük postunda 45 avtomobil gözləyir.

“TV1” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Mazımqara” gömrük postunda 10, “Biləsuvar” gömrük postunda 20, “Astara” gömrük postunda isə 18 yük maşını var.

Qeyd edilib ki, Azərbaycan-Rusiya sərhədində yerləşən “Xanoba” gömrük postunda və Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” gömrük postunda gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan yük avtomobili yoxdur.

media-ads_728_90
Paylaş