Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev vəfat edib

media-ads_728_90

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib.

“TV1” xəbər verir ki, onun səhhətində qəfil pisləşmə qeydə alınıb və o, tibbi yardım üçün xəstəxanaya aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölüm səbəbi ilə bağlı dəqiq məlumat hələlik açıqlanmayıb.

Qeyd edək ki, 53 yaşlı R.Quliyev Azərbaycanda turizm sahəsinin inkişafında fəal iştirakı ilə tanınırdı və uzun illər müxtəlif layihələrə rəhbərlik edib.

Xatırladaq ki, R.Quliyev “TV1” kanalında “Turizm və qonaqpərvərlik” verilişinin müəllifi olub.

“TV1” komandası R.Quliyevin ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

media-ads_728_90
Paylaş